Düşüklə nəticələnən hamiləlik


İnsanlarda digər məməlilərə nəzərən düşük dəfələrlə çox baş verir.Hələ hamiləliyin ilk 3 ayı tamamlanmadan hamiləliklərin 50-70%-i düşüklə nəticələnir.Lakin gözlənilən menstruasiya tarixindən öncə olduğu üçün düşüklərin çoxu qadın tərəfindən hiss edilmir.Klinik olaraq müəyyən olunan hamiləliklərin 10-15%-də düşük baş verir.Ilk 12 həftə ərzində olan düşüklərə erkən düşüklər,12-28 həftə ərzində olanlara isə gec düşüklər deyilir.
Özbaşına düşüyün aşağıdakı forma və mərhələləri var:
1.Düşük təhlükəsi (abortus imminiens);
zamanı uşaqlığın yığılma qabiliyyəti artır,lakin döl yumurtası uşaqlığın selikli qişası ilə əlaqəni saxlayır.Qanlı ifrazat olmur, qarının aşağısında, oma-bel nahiyəsində dartıcı ağrılarla özünü biruzə verir.
2.Başlanmış abort (abortus insipiens);
zamanı uşaqlığın yığılması artır, döl yumurtası uşaqlığın selikli qişasından kiçik bir sahədə qoparaq ayrılır,hələ uşaqlıq boşluğunda olur.Ağrılar artır, tutmaşəkilli olur, uşaqlıq yolundan qanlı ifrazat gəlir.
3.Hazır abort ( abortus progrediens prora hens);
Döl yumurtası tamamilə uşaqlığın divarından soyularaq ayrılır, döl yatağı ilə əlaqəsini itirir,uşaqlığın aşağı hissəsinə və ya genişlənmiş uşaqlıq boynu kanalına düşür.Buna görə də,abortun bu forması “uşaqlıq boynu abortu” adlanır. Tutmaşəkilli ağrılar və güclü qanaxma müşahidə olunur.
4..Natamam abort ( incompletus);
Döl yumurtasının bir hisssəsi uşaqlıq boşluğundan xaric olur, bir hissəsi-adətən qişalar, cift,və ya onun hissələri isə uşaqlıq boşluğunda qalır.
Tutmaşəkilli ağrılar və müxtəlif intensivlikli qanaxma müşahidə olunur.
5.Tam abort (abortus completus).
Özbaşına abortun son mərhələsidir. Bu zaman döl yumurtası uşaqlığın divarından tamamilə qoparaq ayrılır. Uşaqlıq boşluğunda ola bilər ki, yalnız desidual qişa qalsın.
Düşüklərin baş vermə səbəbi nədir?
İlk trimestrdə baş verən düşüklər daha çox embrionda xromosom və ya gen anomaliyaları,uşaqlıq boşluğunun struktur defektləri (uşaqlıqda arakəsmə, ikibuynuzlu, yəhərvari uşaqlıq və s.),uşaqlıq boşluğunda bitişmələr, uşaqlıqda mioma, lüteal faza çatışmazlığı,ananın immun sistemi pozğunluqları və infeksiya səbəbindən baş verir. Ureaplasma urealiticum,Chlamydia trachomatis,Vibrio fetus,Mycoplasma hominis, Brucella, Toksoplasma, Salmonella typhy və s. Infeksion prosesə səbəb olaraq embrionun bətndaxili tələf olmasına və düşüklərə səbə ola bilirlər.
Bununla yanaşı istmiko-servikal çatışmazlıq, anada şəkərli diabet, qalxanabənzər vəz xəstəlikləri, həddən artıq kafein qəbul edilməsi,siqaret çəkmə ,zərərli kimyəvi maddələrlə təmas və s.düşüyə səbəb ola bilər.
Əgər düşük baş vermişdirsə, bunun səbəbini hamiləlik zamanı cinsi əlaqə, idman, yaxud səyahətdə axtarmayın. Saydıqlarımızın düşüyə səbəb ola biləcəyi təsdiq olunmayıb.
Əgər ard-arda 2 və daha çox hamiləlik düşüklə nəticələnibsə, bu, “təkrarlanan düşüklər”-adəti düşük adlanır.adəti düşüklər hamiləliklərin 2%-ni təşkil edir.
2 düşükdən sonra ata və ananın ailə anamnezi soruşulmalı, klinik-laborator müayinələr, valideynlərin xromosom müayinəsi aparılmalıdır.Anamnezdə anomaliyalı ölü və ya canlı doğuş varsa,düşük sayına baxmadan genetik müayinə aparılmalıdır.
Düşükdən sonra.
Menstrual sikl 6-12 həftə gecikə bilər.Abortdan sonra qanamanız dayanıbsa,həkiminizlə məsləhətləşdikdən sonra təkrar hamilə qala bilərsiniz.
- Ehtimal olunan doğuş tarixini necə müəyyən etmək olar?
-
Sağlam qidalanma
- Karbohidratlar
- Yağlar
- Zülallar
- Qidalı mikromaddələr
- Vitamin A
- B1, B2,B6, B12 vitaminləri
- C vitamini
- Yağ turşuları
- Dəmir
- Yod
- Maqnezium
- Fol turşusu
- Sink
- Faydalı qida məhsulları
- Südverən ananın qidalanması necə olmalıdır?
- Hamilələrin qidalanmasında tövsiyələr
- Hamiləlikdə sağlam həyat tərzi
- Omega 3
- Hamiləlikdə yaşıl çay qəbulu
- Qablaşdırılmış qidaların təsirləri
- Hamiləlikdə dehidratasiyanın təsirləri