Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Ümumi Gigiyena

Hamilə qadının orqanizmində bir çox dəyişikliklər baş verir. Elə bu səbəbdən də , orqanizm bir çox infeksiyaya qarşı daha həssas olur. Bu infeksiyalara məruz qalmamaq və normal hamiləlik başa vurmaq üçün hamilə qadınların gigiyenik qaydalara riayət etməsi vacibdir ! 

Hamiləlik zamanı orqanizmdə baş verən dəyişikliklər hormonal sistemə də təsir edir. Belə ki , hormonların təsirindən bədən hərarəti yüksəlmiş olur. Bu da , hamilə qadınların daha çox tərləməsinə şərait yaradır. Bunun üçün tez - tez ilıq su ilə duş qəbul edin. Hamiləlik zamanı bədənin ağırlıq mərkəzi dəyişdiyindən , həmçinin arterial təzyiqin aşağı olması səbəbi ilə oturaraq duş qəbul etmək məsləhət görülür. 10-15 dəqiqədən artıq duş qəbul etməyin.

Hormonların təsirindən vaginal ifrazatın miqdarı artmış olur. Alt paltarınızın ütülü olması və hər gün dəyişdirilməsi infeksiyaya yoluxma riskinin azalmasına kömək olacaq. Vaginal duş qəbulu hamiləlik zamanı yol verilməzdir !

Əllərinizin təmiz olması vacibdir. Əllərinizi bol su və sabun ilə yuyun. Bu bir çox bakteriyaların məhv olmasına səbəb olacaq.

Hormonların təsirindən dəridə quruluq , çat , qaşınma kimi hallar yaranarsa , hər duş qəbulundan sonra hamilə qadınlar üçün nəzərdə tutulmuş bədən kremindən istifadə edin. Dişlər hər yeməkdən sonra və gecə yatmazdan əvvəl yumşaq diş fırçası ilə yuyulmalıdır.