close
close

Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır

Partnyorunuzla münasibətinizin yeni mərhələsi

Körpənizin doğulduğu an həm də partnyorunuzla münasibətdə yeni mərhələyə keçəcəyiniz andır. Bir körpə doğularkən həm də bir ana , ata doğulur deyirlər. Bu, həqiqətən də belədir. Evinizə yeni bir fərd daxil olur, gecə və gündüzü ayırd edə bilməyən, ehtiyaclarını ağlayaraq başa salan fərd. Bu dövr ikinizdən də səbr, anlayış, şəfqət, dözüm tələb edəcək. Təbii ki bir-birinizə əvəlki qədər qayğı, diqqət göstərə bilməyəcəksiniz. Sevginizin böyük bir hissəsi körpəyə yönələcək.

 

Bu vəziyyətdə müsbət yöndə qiymətləndirməyə və ailənizi möhkəmləndirməyə çalışın. Körpə ana-ata münasibətinin də ən böyük dayağıdır. Artıq ortaq qayğılarınız, msuliyyətləriniz, sevincləriniz artacaq. Çalışın bu ülvi hisslər vasitəsilə bir-birinizə daha artıq bağlanıb valideynlik hissinin ləzzətini doya-doya yaşayasınız. 

Mobil proqram .
Proqramla daha sürətli istifadə