B1, B2,B6, B12 vitaminləri


B qrupu vitaminləri hamiləliyin normal inkişafı baxımından çox əhəmiyyətlidir. B qrupu vitaminlərinin çatışmazlığı nadir hallarda rast gəlinir. Əgər hamilə qadın ətlə yanaşı süddən və yumurtadan da imtina edirsə ( ovolaktovegetarian), bu halda narahat olmağa dəyər. Hamiləlik dövründə bu pəhrizə davam etməyi planlaşdırırsınızsa, həkiminizə bu barədə məlumat verin. Ola bilər ki, həkiminiz Sizə tərkibində
B qrupu vitaminləri olan preparatlar təyin etsin.
B12 vitamini də çox vacibdir. Bu vitamin dölün beyninin və sinir sisteminin formalaşmasında mühüm əhəmiyyətə malikdir.
B12 vitamini suda həll olan vitamindir, tərkibində kobalt mineralı da olduğu üçün siankobalamin adlanır. Faydaları:
- Neyronları əhatə edən mielin qişanın, sinir impulslarının ötürülməsində iştirak edən neyrotransmitterlərin sintezində iştirak edir.
- Qan hüceyrələrinin yaranmasında mühüm rol oynayır.Dəmirin eritrosit sintezində istifadəsini təmin edir.
- Fol turşusu ilə birlikdə hüceyrənin genetik aparatının əsas hissəsi olan DNT-nin qorunmasında, yeni DNT və RNT molekullarının sintezində iştirak edir.
B12 vitamini insan orqanizmində sintez edilmir, qida ilə və vitamin-mineral komplekslərinin tərkibində qəbul edilməlidir.
Heyvan mənşəli qidalar siankobalaminin əsas mənbələridir. Balıq kürüsü, quzu ciyəri, qızıl balıq, yumurta, pendir, süd, qatıq B12 vitamini ilə zəngindir. Digər suda həll olan vitaminlərdən fərqli olaraq B12 orqanizmdə depolana bilir, əsasən qaraciyərdə, həmçinin böyrəklərdə toplanır.
Sümük iliyində normal qan hüceyrələrinin əmlə gəlməsi üçün B12 vitamininə ehtiyac var. Bu vitamin çatışmadıqda qan hüceyrələrinin sintezinin sürəti azalır, əmələ gələn hüceyrələr keyfiyyətsiz olur.
B12 vitamini çatışmazlığı anemiya, yorğunluq, depressiya, qol və ayaqlarda paresteziya, qarışqa gəzməsi hissiyatı, yaddaş zəifliyi, üşümə hissi, saç tökülməsi kimi əlamətlərə səbəb ola bilir. B12 vitamini defisiti hamilə qadınlarda düşük riskini artırır. Vegeteryanlar və veqanlar siankobalamin çatışmazlığı baxımından risk qrupuna daxildirlər, B12 vitamini deposu kifayətsiz olan körpələr dünyaya gətirə bilərlər.
Hamiləlikdə gündəlik qəbulu 2.2 mq, laktasiya dövründə 2.6 mq olmalıdır.
- Ehtimal olunan doğuş tarixini necə müəyyən etmək olar?
-
Sağlam qidalanma
- Karbohidratlar
- Yağlar
- Zülallar
- Qidalı mikromaddələr
- Vitamin A
- B1, B2,B6, B12 vitaminləri
- C vitamini
- Yağ turşuları
- Dəmir
- Yod
- Maqnezium
- Fol turşusu
- Sink
- Faydalı qida məhsulları
- Südverən ananın qidalanması necə olmalıdır?
- Hamilələrin qidalanmasında tövsiyələr
- Hamiləlikdə sağlam həyat tərzi
- Omega 3
- Hamiləlikdə yaşıl çay qəbulu
- Qablaşdırılmış qidaların təsirləri
- Hamiləlikdə dehidratasiyanın təsirləri